top of page

Kitabda XX əsr Azərbaycan romantizminin banisi, ədəbiyyatda
özünəməxsusluğu ilə seçilən, yaradıcılığında Qərb və Şərq ədəbiyyаtı
ənənələrini dаvаm və inkişаf еtdirən filosof Hüsеyn Cavidin həyatı və
yaradıcılığı araşdırılır. Hüseyn Cavid müxtəlif münasibətlər,
müxtəlif ədəbi qüvvələrlə ünsiyyətlər, bölüşmələr, mübahisələr
fonunda təhli edilir, Qurbanəli Şərifzadə, Şeyx Məhəmməd, Eynəli
bəy Sultanov, Cəlil Məmmədquluzadə, türk romantikləri Rza Tevfik,
Məhmət Akif Ərsoy, Xalid Ziya Uşaqlıgil, Əbdülhəq Hamid və
başqaları ilə olan yaradıcılıq əlaqələri sistemində təqdim edilir.
Repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir
romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri
araşdırılır.

HÜSEYN CAVİD VƏ AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞI

  • 978-1-955094-00-9

bottom of page