Kitabda XX əsr Azərbaycan romantizminin banisi, ədəbiyyatda özünəməxsusluğu ilə seçilən, yaradıcılığında Qərb və Şərq ədəbiyyаtı ənənələrini dаvаm və inkişаf еtdirən filosof Hüsеyn Cavidin həyatı və yaradıcılığı araşdırılır. Hüseyn Cavid müxtəlif münasibətlər, müxtəlif ədəbi qüvvələrlə ünsiyyətlər, bölüşmələr, mübahisələr fonunda təhli edilir, Qurbanəli Şərifzadə, Şeyx Məhəmməd, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, türk romantikləri Rza Tevfik, Məhmət Akif Ərsoy, Xalid Ziya Uşaqlıgil, Əbdülhəq Hamid və başqaları ilə olan yaradıcılıq əlaqələri sistemində təqdim edilir. Repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır.
top of page
bottom of page

